Accessibility links

Barak Obama: 'Vergi ixtisarları işə düşür'


ABŞ Prezidenti Barak Obama deyir ki, onun imzaladığı stimullaşdırma planına əsasən şənbə günü səhərdən başlayaraq ölkə boyu işləyən ailələrin 95 faizi vergi endirimlərinin şahidi olacaqlar. Cənab Obama deyir ki, ABŞ Maliyyə Nazirliyi müdirlərə səlahiyyət verib ki, aprelin 1-ə qədər vergiləri endirsinlər. Gözlənilir ki, tipik ailə hər ay evə əlavə 65 dollar aparacaq. Həftəlik radio müraciətində Prezident Obama deyib ki, vergi endirimləri tez bir zamanda amerikalılara çatdırılacaq. Prezident stimullaşdırma planının 3.5 milyon yeni iş yeri yaradacağını yenidən təkrar etdi. O, bildirdi ki, imzalanan bu qanun iqtisadi bərpa yönümündə ilk addımdır.
XS
SM
MD
LG