Accessibility links

ABŞ dövlət katibi Asiya səfərini başa vurur


ABŞ dövlət katibi Hillari Klinton Amerika ilə Çinin qarşılıqlı əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq etdiyini deyib. Pekində Çinin xarici işlər naziri Yan Jeyçi ilə görüşdən sonra xanım Klinton Obama administrasiyasının Çinlə qlobal iqtisadi böhran və iqlim dəyişikliyi ilə mübarizə sahələrində əməkdaşlıq etmək istəyini dilə gətirib.

ABŞ dövlət katibi Çinlə Amerikanın ötən oktyabr ayında dayandırılan hərbi mübadilə proqramlarının bərpa ediləcəyini bəyan edib. Bu proqram Buş administrasiyasının Tayvana 7 milyard dollarlıqlıq silah satışından sonra dayandırılmışdı.

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Çinlə insan hüquqlarının vəziyyətinə dair debatlar digər sahələrdəki inkişaflara mane olmamalıdır. Bu gün xanım Klinton Çinin prezidenti və baş naziri ilə görüşür.

XS
SM
MD
LG