Accessibility links

Dmitri Medvedev İlham Əliyevə zəng edib


Azərbaycanın rəsmi xəbər agentliyi “Azərtac” ölkə başçısı İlham Əliyevin Rusiya prezidenti Dmitri Medvedevlə, ikincinin təşəbbüsü ilə telefon söhbəti apardığı barədə məlumat yayıb. Lakin prezidentlərin koknret nədən danışdığı barədə bilgi verilmir.

Yalnız o qeyd olunur ki, söhbət əsnasında dövlət başçıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bugünlərdə Moskvada keçirilən iclasının nəticələrini və digər məsələləri müzakirə ediblər.

Bakıdan politoloq Ərəstin Oruclu Rusiya prezidentinin həftəsonu azərbaycanlı həmkarına zəng etməsini Amerikanın səsinə belə şərh edib:

“Mənə elə gəlir ki, ən aktual məsələ Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmamasıdır. Rusiya tərəfi ciddi cəhd göstərir ki, Azərbaycan bu təşkilata qoşulsun. Əks halda, Azərbaycan üçün ola biləcək fəsadlara da eyham vurulur.

Rusiyanın qarşısına qoyduğu digər məqsəd isə Azərbaycanı Nabukko layihəsində iştirakdan çəkindirməkdir.

Beləliklə, iki prioritet məsələ bunlardır. Əgər birinci baş verərsə, Azərbaycanın NATO ilə əməkdaşlığı artıq heç bir zaman mümkün olmayacaq. Ən azı, yaxın dövrdə bunun fəsadlarını görmək mümkün olacaq.

İkinci baş verərsə, Avropanın qaz bazarının Rusiyanın monopoliyasında qalmasının ömrü uzanacaq. Mənə elə gəlir ki, telefon danışıqları məhz bu iki mövzuya əsaslanıb. Və Rusiya Azərbaycana məhz bu məsələlərdə təsir etmək istəyir”.

Cənab Oruclu diqqəti habelə ona yönəldib ki, iki prezident arasında telefon danışığı Rusiya xarici işlər naziri Sergey Lovrovun qarşıda Bakıya nəzərdə tutulan səfəri ərəfəsində baş verib.

XS
SM
MD
LG