Accessibility links

Respublikaçı senator ABŞ-ın Kuba ilə münasibətlərinin yenidən nəzərdən keçirilməsinə çağırır


Respublikaçı senator Riçard Luqar Birləşmiş Ştatları Kuba ilə münasibətləri yenidən nəzərdən keçirməyə çağırıb.İndiana ştatından qanunverici deyi ki, ABŞ-ın Kubaya münasibətdə məhdudiyyətlər siyasəti bu ölkədə demokratiyanın inkişaf etdirilməsi kimi əsas məqsədə nail olmağa imkan vermir. Senator Luqar öz fikirlərini sabah açıqlanacaq hesabata əlavə edilən məktubda ifadə edib.Hesabat Senatın Xarici Əlaqələr komitəsinin bu yaxınlarda Kubaya səfər etmiş respublikaçı üzvlərinin işçiləri tərəfindən hazırlanıb.Sənəddə Buş administrasiyasının Kubaya səfərlər və maliyyə köçürmələrinə qoyulan məhdiyyətlərin aradan qaldırılmasına çağırılır. Hesabatda ABŞ-ın Kubaya tətbiq etdiyi 47 illik ticarət embarqosunun götürülməsi tələb edilmir. Prezident seçki kampaniyası zamanı Barak Obama Kubaya səfərlər və maliyyə köçürmələrinə qoyulmuş qadağanı götürəcəyinə söz vermişdi. Senator Luqar bildirir ki, prezident Obamanın seçilməsi və Fidel Kastrounun yerinə onun qardaşı Raul Kastronun keçməsi ABŞ-ın Kuba ilə mürəkkəb münasibətlərinə yenidən baxmaq imkanı yaradıb.
XS
SM
MD
LG