Accessibility links

Pakistanın xarici işlər naziri Vaşinqtona səfər edəcək


Pakistanın Xarici İşlər naziri ABŞ və Əfqanıstan rəsmilərilə Birləşmiş Ştatların regionla bağlı siyasətini müzakirə etmək üçün gələn həftə Vaşinqtona səfər edəcək.Xarici İşlər naziri Şah Mahmud Qüreyşimüxbirlərə deyib ki, o, ABŞ-ın Pakistan və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk və digər rəsmilərlə görüşəcək.Qüreyşi həmçinin ABŞ-ın regionda siyasətinin nəzərdən keçirilməsinə dair müzakirələrdə Əfqanıstanı təmsil edəcək Xarici işlər naziri Rangin Dadfar Soanta ilə görüşəcəyinə ümid bəsləyir.Vaşinqton Pakistanın şimal-qərb regionunda Svat vadisində islam qanunlarının tətbiq edilməsinə dair son razılıqla bağlı narahatlığını bildirib.

XS
SM
MD
LG