Accessibility links

'Tamil Pələngləri' atəşkəsə razıdır


Şri Lankanın Tamil yaraqlıları deyir ki, onlar beynəlxalq ictimaiyyətin hökumətlə atəşkəs çağırışını qəbul etmək istəsə də, yerli rəsmilər yaraqlıların qeyd-şərtsiz təslim olmasını nəzərdə tutmayan heç bir razılığı qəbul etməyəcəklərini bildirir. “Tamil Pələngləri”nin siyasi liderinin bildirdiyinə görə, separatçılar atəşkəsi qəbul etsə də, tərksilah olmayacaqlar. O, etnik Tamil azlıqların mühafizəsi üçün silahların saxlamalı olduğunu dilə gətirib. Ancaq lider deyib ki, yaraqlılar münaqişənin siyasi yolla həlli üçün danışıqlara hazırdır. O, bu sözləri bu gün BMT və Şri Lankanın beynəlxalq donorlarına göndərilən məktubu şərh edərkən deyib. Şri Lanka hökuməti atəşkəs danışıqlarını rədd edib.
XS
SM
MD
LG