Accessibility links

Pakistan və Əfqanıstanın xarici işlər nazirləri Dövlət katibi Klintonla danışıqlar keçirir


Pakistan və Əfqanıstanın baş diplomatları ABŞ Dövlət katibi Hillari Klintonla danışıqlar aparmaq üçün Vaşinqtondadırlar. Müzakirələrin diqqət mərkəzində ABŞ-ın Pakistan və Əfqanıstanla sərhəd bölgələrində siyasəti olacaq. Birləşmiş Ştatlar bu bölgələrin Taliban və Əl-Qaidənin istinadgahı olduğuna inanır. Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qüreyşi Klintonla bu gün görüşür. Cümə axşamı Klinton Əfqanıstanın Xarici İşlər naziri Rangin Dadfar Spanta və Qüreyşi ilə görüşlər keçirəcək. Bu yaxınlarda regiona səfər etmiş ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk da danışıqlarda iştirak edəcək. Dünən Federal Təhqiqat Bürosunun direktoru Robert Müller deyib ki, Birləşmiş Ştatlar üçün ən böyük təhlükəni Əfqanıstan və Pakistanın sərhəd bölgələrdəki yaraqlılar təşkil edir.

XS
SM
MD
LG