Accessibility links

Barak Obama: "İqtisadiyyat dirçələcək"


ABŞ Prezidenti Barak Obama deyir ki, çətinliklərlə qarşılaşan Amerika iqtisadiyyatı dirçələcək və əvvəlkindən də güclü olacaq. ABŞ Konqresinin birgə sessiyasındakı ilk çıxışında cənab Obama bildirib ki, illərlə davam edən məsuliyyətsizlik, qətiyyətsizlik və qısa müddətli düşünmə dünyanın ən iri iqtisadiyyatını sınaq qarşısında qoyub. Cənab Obama bildirib ki, onun ötən həftə qanuna imzaladığı 787 milyard dollar həcmində stimul planı bərpaya doğru birinci addımdır. Lakin o, tibb xidməti, enerji və təhsil sahələrində də əlavə səylər tələb olunduğunu vurğulayıb. Onun hazırladığı yeni büdcə gəlcək üçün mühüm hesab edilən bu 3 sahə üzərində cəmləşəcək. Respublikaçıların müraciətə cavabında Luiziana qubernatoru Bobbi Cindal deyib ki, pnun partiyası prezidentlər əməkldaşlıq etməyə hazırdır. Lakin Cindalın sözlərinə görə Demokratların təklif etdiyi plan iqtisadiyyatın deyil, hökumətin genişlənməsinə yol açacaq.
XS
SM
MD
LG