Accessibility links

Human Rights Watch Ermənistanı tənqid edib


Aparıcı insan haqları qrupu Ermənistanı 2008-ci ildə paytaxt Yerevanda iğtişaşlarla bağlı qərəzli araşdırma apardığına görə tənqid edib. Qərargahı Nyu yorkda yerləşən Human Rights Watch təşkilatı bildirir ki, Ermənistan zorakılıqlarla bağlı saxta və siysi motivlər əsasında məhkəmə prosesləri apararaq, onlarla müxalifət fəalını məhkum edib. Qrup bildirir ki, Ermənistan polisin günahkarlığını araşdırmayıb. Human Rights Watch hesabatına əsasən, polisin bəzən ifrat gecdən istifadə etdiyi, nümayişçiləri döydüyü və onlara qarşı odlu silah işlətdiyi tamamilə aydındır. Lakin qrupun bildirdiyinə görə, Ermənistan ifrat gücdən istifadə edən heç bir şəxsi həbs etməyib.

2008-ci ildə prezident seçkilərindən sonra Yerevanda polis və müxalifət tərəfdarları arasında toqquşmalar zamanı on nəfər həlak olmuşdur. Nümayişçilər baş nazir Serj Sarkisyanın qələbəsilə nəticələnmiş seçkilərin saxtalaşdırdığını bildirirdilər. Nümayişçilər müxalifət lideri, seçkilərdə ikinci olan keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarı idilər. Ermənistan hökuməti nümaiyşlərə cavab olaraq 20 gün ərzində qadağan saatı tətbiq etmişdi.

XS
SM
MD
LG