Accessibility links

Özbəkistan ABŞ-a razılıq verdi


Verilən məlumatlara görə, Özbəkistan prezidenti İslam Kərimov ABŞ və NATO qüvvələrinin onun ölkəsi üzərindən Əfqanıstana qeyri-hərbi yüklərini daşınmasına icazə verib.

Bununla yanaşı, Rusiya xəbər agentliklərinin bildirdiyinə görə, Kərimov yalnız qeyri-hərbi yüklərin ölkə ərazisindən daşınmasına icazə verildiyini xüsusi vurğulayıb.

Ötən həftə ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi Bişləşmiş Ştatların Əfqanıstanın qeyri-hərbi təchizatı üçün Özbəkistan və Tacikistanla danışıqlar apardığını bildirmişdi.

Rusiya və Qazaxıstan da ABŞ-ın Əfqanıstandakı qüvvələrinə dəmir yolu vasitəsilə təchizatın onların ərazisindən istifadə edilməklə çatdırılmasına razılıq veriblər.

XS
SM
MD
LG