Accessibility links

Şimali Koreya yeraltı stansiyaya sahib ola bilər


Cənubi Koreya qəzeti yazır ki, Şimali Koreyanın raket buraxmağa hazırlaşdığı məntəqədə yeraltı yanacaq obyekti inşa edilib. Dobq-a İlbonun sözlərinə görə, yeraltı stansiya Şimali Hamlyonq vilayətindəki Musudan-ri obyektində tikilib. Qəzet yazır ki,yanacaq stansiyası barədə məlumatı Cənubi Koreya və ABŞ kəşfiyyat rəsmilərindən əldə edib. Yeraltı stansiya kəşfiyyat peyklərinin mümkün raket buraxılmasının müəyyənləşdirməsini çətinləşdirir. Bu həftənin əvvəlində Pxenyan bəyan edib ki, ölkə sınaq üçün kommunikasiya peykini fəzaya göndərəcək.
XS
SM
MD
LG