Accessibility links

İnsan haqları fəalı Qırğızıstana buraxılmadı


Qırğızıstanın sərhəd mühafizəçiləri insan haqları fəalının ölkəyə daxil olmasına icazə verməyib. Tanınmış Rusiya qrupu üçün çalışan Vitali Ponamaryovun Qırğızıstana daxil olmasının qarşısı alınıb və 2014-ü ilə qədər bu addımı atmasına qadağa qoyulub. Rəsmi olaraq bunun səbəbi barədə heç bir açıqlama verilməyib. Ponamaryov və onun qrupunun bildirdiyinə görə, fəalın cəzalandırılmasının səbəbi etiraz edən müsəlmanlara Qırğız hökumətinin basqıları barədə hesabat hazırlamasıdır. Hesabat rəsmiləri işgəncələr verməkdə ittiham edir.
XS
SM
MD
LG