Accessibility links

ARDNŞ ilə Total müqavilə bağladı


Fransanın Total enerji şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti arasında Abşeron təbii qaz yatağının birgə hasilatı barədə saziş imzalanıb. Razılıq Totala yatağın 60 faizini verdiyi təqdirdə Azərbaycan Dövlət neft şirkətinə 40 faizlik hissəni ayırır. Rəsmilər deyir ki, ilk quyunun qazılması 100 milyon dollara başa gələ bilər. Total və ABŞ-ın Şevron şirkəti 1997-ci ildə bu yatağın inkişaf etdirilməsi barədə saziş imzalasa da, Şevron daha sonra layihəni ticari baxımdan səmərisiz hesab etmiş və təklifi geri götürmüşdü.
XS
SM
MD
LG