Accessibility links

Barak Obama İraqla bağlı siyasətini açıqladı


ABŞ prezidenti Barak Obama hərbi qüvvələrin 2010-cu ilə qədər İraqdan çıxarılması barədə qərarını bu gün Şimali Karolinadakı Kamp Lejön hərbi bazasında açıqlayıb. Müəyyən edilmiş bu vaxt cənab Obamanın kampaniyası dövründə vəd etdiyi zaman kəsiyindən 3 ay çoxdur. Təklifə əsasən məhdud təlim missiyaları və terrorizmlə mübarizə üçün 50 min qoşun İraqda qala bilər. Amerika əsgrələrinə göstərdikləri fədakarlıqlara görə təşəkkür edən Prezident Obama habelə bəyan edib ki, ABŞ İraqla bərabərhüquqlu tərəfdaş kimi münasibətlərini davam etdirmək niyyətindədir.
XS
SM
MD
LG