Accessibility links

Barak Obama qanunvericiləri büdcə planını qəbul etməyə səsləyir


ABŞ Prezidenti Barak Obama həftəlik radio müraciətində qanunvericiləri təklif etdiyi illik büdcəni qəbul etməyə çağırıb. Prezidentin irəli sürdüyü büdcədə böyük dəyişikliklər əks olunur.Plan xərclərin 3 trilyon dollara çatdırılmasını, 95 faiz işləyən Amerikalıların vergilərinin ixtisar olunmasını, habelə təmiz enerji, tibbi xidmət və təhsilə investisiya qoyulmasını nəzərdə tutur.Cənab Obamanın sözlərinə görə büdcə milyonlarla Amerikalıya kömək edəcək. Lakin bunun baş verməsi üçün Konqres üzvləri əvvəlki qaydada biznesi davam etdirmək istəyən lobbiçilərə müqavimət göstərməlidir.Həftənin əvvəlində təqdim olunan büdcə layihəsi ildə 250 min dollardan artıq qazanan şəxslərin vergilərini artırır.
XS
SM
MD
LG