Accessibility links

Əfqanıstanda prezident seçkiləri mayın 21-dək keçiriləcək


Əfqanıstan prezidenti Həmid Karzai prezident seçkilərinin Müstəqil Seçki Komissiyasının təyin etdiyi gündən 4 ay əvvəl keçirilməsinə çağırıb. Prezident Karzai bu gün Konstitusiyaya müvafiq olaraq sərəncam imzalayıb. Əfqanıstan Konstitusiyasında deyilir ki, prezidentin 5 illik səlahiyyət müddəti bitməmişdən 30-60 gün ərzində seçkilər keçirilməlidir. Həmid Karzainin prezidentlik müddəti mayın 21-də sona çatır. Keçən ay Müstəqil Seçki Komissiyası bəyan etmişdi ki, əlavə ABŞ qüvvələrinin yerləşdirilməsi səbəbilə seçkilər avqustun 20-dək təxirə salınır. Komissiya habelə texniki məsələlər üzərində işləmək ehtiyacını və seçkilərin sərt qış aylarında keçirilməməsini səbəb göstərmişdi. Müxalifət isə təkid edir ki, prezident Karzai səlahiyyət müddəti bitən kimi postunu təhvil verməlidir.
XS
SM
MD
LG