Accessibility links

Hillari Klinton Yaxın Şərqə yola düşüb


ABŞ dövlət katibi Hillari Klinton Qəzza Zolağının yenidən qurulması barədə danışıqlar aparmaq üçün Yaxın Şərqə yola düşüb. Klinton Vaşinqtonu dünən tərk edib və Misirə bu gün çatacağı gözlənilir. O sabah Misirin Şərm Əl-Şeyx şəhərində donorların konfransında iştirak edəcək və beynəlxalq ictimaiyyətin digər üzvləri ilə birgə Qəzzada humanitar böhranın qarşısının alınmasını müzakirə edəcək. Xanım Klintonun Qəzza Zolağının bərpasına söz verəcəyi gözlənilir. O deyib ki, ayrılacaq vəsait yalnız ABŞ-ın məqsədləri çərçivəsində xərclənəcək. Dövlət katibinin sözlərinə görə, pullar 2007-ci ildən Qəzzaya nəzarət edən Həmasa verilməyəcək. Çərşənbə axşamı isə Hillari Klinton İsrailə və İordan çayının qərb sahilinə gedərək liderlərlə görüşəcək və problemin həllini və İsrailin təhlükəsizliyini müzakirə edəcək.
XS
SM
MD
LG