Accessibility links

Əfqanıstanda yaraqlılarla toqquşma olub


Əfqanıstanda Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya bildirir ki, Əfqanıstanın Qəndəhar vilayətində həyata keçirdiyi əməliyyat nəticəsində 4 yaraqlı öldürülüb. Koalisiyanın açıqladığı bəyanatda deyilir ki, koalisiya qüvvələri Qəndəhar vilayətinin Meyvənd mahalında düşmən irriqasiya sistemində silah və döyüş sursatı gizlədən vaxt onlarla atışıb. Bəyanatda həmçinin bildirilir ki, irriqasiya sistemində axtarışlar aparılan vaxt bir neçə tüfəng, pulemyot, raket və qumbara tapılmışdır. Bu arada Cəlalabad şəhərində hərbi maşın karvanı yaxınlığında intharçın hücumu nəticəsində azı 6 nəfər yaralanıb.
XS
SM
MD
LG