Accessibility links

İran Maykl Mallenin iddiasını rədd edir


İran ABŞ hərbi komandirinin iddialarını rədd edib. Dünən Birləşmiş Ştatların Baş Qərargahlar rəisi Admiral Mayk Mallen demişdi ki, Tehran atom bombası hazırlamaq üçün kifayət qədər materiala malikdir. Bu gün İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qaşqavi beynəlxalq müfəttişləri xəbərdar etməmiş Tehranın uran zənginləşdirməsinin mümkün olmadığını deyib. Beynəxalq Atom Energisi Agentliyi bildirib ki, İranın 1010 kiloqram zəif zənginləşdirilmiş uranı var və bu, nüvə enerjisi üçün istifadə oluna bilər. Çətin proses isə yüksək zənginləşdirilmiş uranı silah dərəcəli materiala çevirməkdir və İranın buna qadir olması hələlik məlum deyil.
XS
SM
MD
LG