Accessibility links

Qriqol Vaşadze separatçı regionların liderlərini ittiham edir


Gürcüstan Rusiyanı beynəlxalq ictimaiyyətin separatçı Cənubi Osetiya və Abxaziya regionları ilə sülhə nail olunması səylərinə mane olmaqda ittiham edir. Bu gün Tbilisidə jurnalistlərlə görüşu zamanı Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze separatçı regionların liderlərini keçən ay Avropanın vasitəçiliyi ilə Moskvanın dəstəklədiyi razılığa məhəl qoymamaqda günahlandırıb. Cənab Vaşadze Cəbnubi Osetiya və Abxaziya liderlərinin Rusiyanın göstərişlərinə əməl etdiklərini deyib. Keçən ay əldə edilən razılığa əsasən separatçı ərazilərdə fəaliyyət göstərən tərəflərin təhlükəzislik qüvvələri arasında açıq komunikasiya olmalıdır.

XS
SM
MD
LG