Accessibility links

İranın Xarici İşlər Nazirliyi ABŞ jurnalistinin həbsi barədə xəbər açıqlayıb


İranın Xarci İşlər Nazirliyi bildirib ki, bu yaxınlarda ABŞ jurnalisti həbs edilib. Buna səbəb hökumət tərəfindən jurnalistin şəxsi akkreditasiyası ləğv edildikdən sonra onun İrandakı fəaliyyətini davam etdirməsidir. Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqavi 31 yaşlı jurnalist Roksana Saberinin 2006-cı ildə şəxsi akkreditasiyasının ləğvinin səbəbləri barədə məlumat verməyib . Jurnalisti yanvarın axırında həbs ediblər. Fevralın əvvəllərindən bəri onun ailəsi ilə heç bir əlaqəsi yoxdur. Jurnalist Saberinin atası bildirib ki, qızı ona telefonda deyib ki, onu fevralın 10-da bir butulka şərab aldığına görə tutublar. İranda spirtli içkilərinsatışı qadağandır. İran rəsmiləri jurnalist Saberinin vəziyyəti barədə heç bir məlumat verməyiblər.

XS
SM
MD
LG