Accessibility links

Hillari Klinton ölkəsinin İsraillə bağlı öhdəliklərinə sadiq qalacağını deyib


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton ölkəsinin İsrailin təhlükəsizliyi və İsraillə Fələstin konfliktinin iki dövlət prinsipi əsasında həlli ilə bağlı öhdəliklərinə sadiq qalacağını dilə gətirib. Vəzifəsinin icrasına başlayandan bəri İsrailə ilk dəfə səfər edən xanım Kilinton bu gün İsrail prezidenti Şimon Perezlə və baş nazir vəzivəsinə təyin edilmiş Benyamin Natanyahu ilə görüşüb. Qeyd edək ki, cənab Natanyahu iki dövlət ideyası ilə razılaşmır. O, torpaq məsələsində fələstinlilərə güzəştə getmək əvəzinə Fələstinin iqtisadiyyatının inkişaf etdirilməsinə üstünlük verir.

Bu arada ABŞ dövlət katibi deyib ki, Qəzzadan İsrail ərazilərinə raket hücumları dayandırılmalıdır. Xanım Klinton eləcə də İsrailin xarici işlər naziri Tzipi Livni ilə İranın nüvə proqramının yaratdığı təhlükəni müzakirə etdiyini bildirib. Xanım Livni İranın idealogoyasını "həlledilməz problem" adlandırıb, lakin İsraillə Fələstinin sərhəd probleminin həllinin mümkünlüyünü qeyd edib.

XS
SM
MD
LG