Accessibility links

Rusiya Əfqanıstandakı NATO qüvvələrinə ərazisindən təchizat daşınmasına icazə verib


Birləşmiş Ştatlar diplomatlarının bildirdiyinə görə, Rusiya ABŞ-a ərazilərindən Əfqanıstana qatarla qeyri-hərbi təçhizat aparılmasına icazə verib. Birləşmiş Ştatların Latviyadakı səfirliyi bu gün xəbəri təsdiq edərək bildirib ki,Əfqanıstana göndərilən təçhizat Latviyadan Qərbi Rusiyaya, oradan isə Rusiya Qazaxıstan sərhədinə gedib çatıb. Rəsmilər Əfqanıstandakı NATO qüvvələrinə təçhizat daşıyan qatarın iki həftə bundan əvvəl Riqadan yola düşdüyünü bildirirlər. Latviyadaqkı ABŞ Səfirliyinin rəsmiləri eləcə də Vaşinqtonun Əfqanıstana buyolla həftədə20-dən 30-a qədər qatar göndərməyi planlaşdırdığını bildirib. Rusiya prezidenti Dmitri Medvedyev keçən ay ABŞ prezidenti Barak Obama ilə Rusiya ərazisindən Əfqanıstana təçhizat göndərilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirmişdi.

XS
SM
MD
LG