Accessibility links

Ukraynanın təhlükəsizlik işçiləri Naftoqaza basqın edib


Ukraynanın təhlükəsizlik agentləri dövlət qaz şirkəti Naftoqazın baş qərarğahında reyd keçirərək, kriminal xarakterli istintaqa başlayıblar. SBC təhlükəsizlik xidmətinin sözçüsü Mariya Ostapenko deyib ki, agentlər binaya bir sıra sənədlərin axtarışı üçün daxil olublar.“Associated Press”ə açıqlamasında Ostapenko deyib ki, istintaq 900 milyon dollar həcmində qaz itkisi ilə əlaqədardır. Naftoqazın sözçüsü İqor Didenko binaya daxil olan agentlərin maskalı olduqlarını deyib.Naftoqaz yanvar ayında Ukrayna ilə Rusiya arasında qiymət mübahisəsinin mərkəzində dururdu. Bu qarşıdurma iki ölkə arasında 10 illik qaz müqaviləsinin imzalanmasından sonra səngidi.

XS
SM
MD
LG