Accessibility links

Fələstin prezidenti İranı kəskin tənqid edib


Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Tehranda Fələstin problemlərinə dair zirvə toplantıtısı keçirilən zaman İranı Fələstinin daxili işlərinə müdaxilə etdiyinə görə kəskin tənqid edib. Bu gün İordan çayının Qərb sahilində danışan cənab Abbas Tehranın Qəzza zolağına nəzarət edən rəqib Həmasa dəstəyinə işarə edərək deyib ki, İran fələstinlilər arasında fikir ayrılıqlarını dərinləşdirməyə çalışır. Tehranda İran rəsmiləri yanvar ayında İsrialin Qəzzada Həmasa qarşı hücumları zamanı onların ifadəsilə İsrailin müharibə vinayətlərinə həsr olunmuş iki günlük konfrans keçirirlər. İranın dövlət televiziyasının verdiyi məlumata görə, İnterpol Tehranın İsrailin 15 yüksək səviyyəli rəsmisinin həbsinə dair müraciətini nəzərdən keçirir. tənqid edib. Cənab Abbas bu gün İordan Çayının Qərb Sahilində deyib ki, İran fələstinlilər arasında ayrı-seçkilik salmağa, Qəzza Zolağını öz nəzarəti altında saxlayan Həmas hökumətini dəstəkləməyə çalışır. İran rəsmiləri Tehranda İsrailin yanvar ayında Qəzzada Həmasa qarşı həyata keçirdiyi hücumu zamanı onu müharibə canisi adlandırmaq üçün iki günlük konfransa ev sahibliyi edir. Müharibə zamanı təxminən 1300 nəfər öldürülüb.İranın dövlət televiziyası bildirir ki, Tehran İsrailin 15yüksək rütbəli rəsmisinin həbs edilməsi üçün beynəlxalq polisə müraciət edib.

XS
SM
MD
LG