Accessibility links

NATO-nun xarici işlər nazirləri Brüsseldə yığıncaq keçirib


NATO-nun xarici işlər nazirləri Brüssüldə bir günlük yığıncaq keçirib. Bu addım Rusiya ilə Buş administrasiyası arasında illərlə davam edən gərginliklərin azaldılmasına xidmət edə bilər. Toplantının açılış çıxışında NATO-nun baş katibi Yap De Hup Şxeffer deyib ki, NATO və Rusiyanın Avropa və qlobal təhlükəsiliyə əhəmiyyəti böyükdür.

ABŞ dövlət katibi Hillari Klinton Amerikanın Şərqi Avropada raket əleyhinə müdafiə sistemi yerləşdirilməsi planının Rusiya deyil, İran əleyhinə yönəldiyini Rusiyanın başa düşdüyünü deyib. Xanım Klinton müdafiə sahəsi də daxil edilməklə, Rusiya ilə bir sıra sahələrdə dialoq qurulmasının vacibliyini vurğulayıb. Rusiyanın əleyhinə olduğu Çex respublikası və Polşada raketlərdən müdafiə sisitemi yerləşdirilməsini ABŞ İranın mümkün hücumlarından müdafiə məqsədi daşıdığını bildirir.

Hazırda NATO ötən il Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başlayıb. NATO-nun xarici işlər nazirlərinin görüşü zamanı terrorizm və kütləvi qırğın silahlarının yayılması ilə mübarizə, habelə Əfqanıstan məsələləri müzakirə edilib.

XS
SM
MD
LG