Accessibility links

ABŞ-ın maliyyə naziri büdcə defisitinə görə Buş administrasiyasını günahlandırıb


ABŞ-ın maliyyə naziri Timoti Qaytner büdcə defisitinə görə Buş administrasiyasını günahlandırıb. Senatın Maliyyə Komitəsində ifadə verən nazir Obama administrasiyasının nəhəng 3.5 trillion dollarlıq büdcə təklifini müdafiə edərək, qeyri- adi vəziyyətlərin qeyri-adi ölçülər tələb etdiyini deyib. İqtisadçıların bildirdiyinə görə, iqtisadi tənəzzülün daha da dərinləşəcəyi gözlənilir. Belə ki, buna istehlakçıların evləri, işləri və etimadlarını itirməsi xidmət edir.

ABŞ-ın maliyyə naziri Timoti Qaytner deyib ki,1.3 trillion dollarlıq defisit Amerikanın İkinci Dünya Müharibəsindən sonra üzləşdiyi ən böyük defisitdir. Respubliakçı qanunvericilər isə Qaytnerin bəyanatını sual altına alır. Respublikaçı senator Carlz Qrassli defisitin demokratların Konqresə nəzarət etdiyi vaxt artdığını deyib.

2009-cu ildə büdcə defisitinin 1.75 trilliona qədər artcaçağı təxmin edilir. ABŞ prezidnti Barak Obamanın planına görə zəngin amerikalıların vergilərinin artırılması, maliyyə bazarlarına kredir buraxılması ilə defisitin ixtisarı və iqtisadiyyatın dirçəlişi mümkün ola bilər.

XS
SM
MD
LG