Accessibility links

Gürcüstan Rusiya vertolyotlarının onun hava hövzəsini pozduğunu bildirir


Gürcüstan rəsmiləri Rusiyanı Abxaziya regionu ilə sərhəddə Gürcüstanın nəzarətində olan hava məkanına hərbi vertolyotlar göndərməkdə ittiham edib. Daxili İşlər nazirliyinin rəsmiləri bildiriblər ki, vertolyotlar dünən və bu gün əraziyə daxil olublar və Gürcüstan polisinin mövqelərinin foto-şəklini çəkiblər. Rusiyanın Hərbi Hava qüvvələri bu məlumatları rədd edib. Bu arada, Gürcüstan hərbi qüvvələrinin qərargah rəisi polkovnik Vladimir Şaşibaiya Müdafiə nazirinin müavini vəzifəsinə keçirilib. Prezident Mixail Saakaşvili onun vəzifəsinin dəyişməsini rəhbərliyin qərarı kimi izah edib.

XS
SM
MD
LG