Accessibility links

ABŞ-da işsizlik son 25 ildə ən yüksək səviyyəsinə qalxıb


ABŞ-da işsizlik səviyyəsi fevral ayında 8.1 faizə yüksələrək.işsizlərin sayını 651000-ə çatdırıb. Əmək Nazirliyinin bu gün açıqladığı hesabatda bir ay ərzində işsizliyin yarım faiz artdığı bildirilir. ABŞ-da işsizlik son 25 ildə ən yüksək səviyyəsinə qalxıb.

Hesabat dünyanın ən böyük iqtisadiyyatına malik olan Amerikada iqtisadi tənəzzülün dərinləşdiyinə dair daha bir göstəricidir.

ABŞ Konqresinin İqtisadiyyat Komitəsinin rəhbəri Karolin Maloni durumun ciddiliyini önə çəkərək, son 14 ay ərzində 4.4 milyon iş yerinin bağlandığını bildirib.

XS
SM
MD
LG