Accessibility links

Ankara görüşlərində Qafqaz və PKK da müzakirə olundu


Türkiyənin rəsmi “Anadolu” xəbər agentliyinin məlumatına görə, Amerikanın dövlət katibi Hillari Klinton Ankara səfəri əsnasında ölkə liderləri ilə görüşlərindən sonra mətbuat konfransı keçirib.

Xanım Klinton bildirib ki, o, Türkiyəli həmkarı Əli Babacanla NATO-nun döyüş qabiliyyətinin artırılması kimi məsələləri müzakirə ediblər.

Görüş zamanı Qafqazdakı vəziyyətin də müzakirə edildiyi xəbər verilib, lakin təfərrüatlar açıqlanmayıb.

Türkiyə xəbər agentlikləri xanim Klintondan daha bir sitat gətirirlər.

ABŞ dövlət katibi PKK terror təşkilatından bəhs edərək, onu Amerika və Türkiyənin ümümi düşməni adlandırıb. Hillari klinton deyib ki, tərəflər PKK-nın məğlub edilməsi məsələsini, habelə Yaxın Şərqdə davamlı sülhün bərqərar olunması məsələsini müzakirə ediblər.

XS
SM
MD
LG