Accessibility links

İran Mərakeşin diplomatik əlaqələrin pozulmasına göstərdiyi səbəbləri rədd edib


İran Mərakeşin diplomatik əlaqələrin pozulmasına göstərdiyi səbəbləri rədd edib. Mərakeş İranı şiə müsəlman idealogiyasını sünni Mərakeşdə yaymaq cəhdlərinə görə ittiham edərək, bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. İranın Xarici Işlər Nazirliyinin bəyanatında Mərakeşin ittihamları “əsassız“ adlandırılır və diplomatik münasibətlərin kəsilməsinin İslam dünyasının birliyinə hədə olduğu deyilir.

İki ölkə arasında gərginlik İran rəsmisinin Mərakeşin sünni müttəfiqi Bəhreynin suverenliyini sual altına alması ilə yaranıb. İranın sabiq parlament üzvü Əli Əkbər Natiq Nuri keçən ay demişdi ki, Bəhreyn 1971-ci ilədək İranın vilayəti olub. Mərakeş bu açıqlamaya etiraz olaraq İrandakı səfrini geri çağırıb.

XS
SM
MD
LG