Accessibility links

Əfqanıstan ABŞ prezidentinin yeni təşəbbüslərini alqışlayıb


Əfqanıstan ABŞ prezidenti Barak Obamanın Taliban yaraqlıları arasında liberal elementlərlə əlaqə yaradıla bilməsi barədə açıqlamalarını alqışlayıb. Əfqanıstan prezidenti Həmid Kərzai deyib ki, amerikalı həmkarının açıqlamaları yaxşı əlamətdir. Bu gün “Nyu-York Tayms”da nəşr olunan müsahibə zamanı cənab Obama deyib ki, ABŞ Əfqanıstan və Pakistanda talibanın liberal üzvlərilə əlaqə yaratmaq üçün imkanları öyrənmək istəyir. Cənab Karzai isə bu gün deyib ki, onun hökuməti uzun müddətdir Taliban yaraqlıları ilə vasitəçiliyi dəstəkləyir.
XS
SM
MD
LG