Accessibility links

Cənubi Osetiyada partlayış olub


Rusiya xəbər agentliklərinin bildirdiyinə görə, Cənubi Osetiyanın Leninqori rayonunda partlayış olub. Rusiya yerli hərbi rəsmisinə istinadən verilən məlumatda deyilir ki, silah və hərbi lavazimatların olduğu yerdə əmələ gələn yanğın partlayışa yol açıb. Artıq yanğın söndürülüb və təhqiqatçılar partlayışın səbəbini müəyyən etməyə çalışır. Dağıntılar və itkilər barədə hələlik heç bir məlumat verilmir. Hərbi mənbə bildirir ki, sabotaj və ya terrorizm şübhələri yoxdur.
XS
SM
MD
LG