Accessibility links

Səfir En Dersi Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib


"Beynəlxalq qadınlar gününün kökləri məhz ABŞ-dan qaynaqlanır. Bu, fəhlə qadınların bir araya gəlib öz etirazlarını nümayiş etdirmək adət-ənənəsindən qaynaqlanan bir bayramdır. Bu həm Amerika Birləşmiş Ştatları, həm də Azərbaycan üçün eyni əhəmiyyət daşıyan bir bayramdır.

Amerika Birləşmiş Ştatları qadın hüquqlarının qızğın tərəfdarıdır və onlara güclü dəstək verir. ABŞ Dövlət katibi Hillari Kinton çoxsaylı görüşlərində qeyd etdiyi kimi, qadın haqları məhz insan haqlarıdır.

Biz ona da inanırıq ki, böyük uğurlar və müvəfəqqiyyətlər qazanan dövlətlər bütün vətəndaşlarının, qadın və qızların, kişilərin və oğlanların tam istedadından istifadə edə bilən dövlətlərdir. Dünyanın müxtəlif dövlətlərinə, müxtəlif bölgələrinə nəzər yetirsəniz görərsiniz ki, ən böyük uğur, ən böyük müvəffəqiyyət qazanmış dövlətlər qadınlar və kişilərin tam istedadınıdan istifadə etməyi bilən dövlətlər olmuşlar.

Fürsətdən istifadə edib məhz Azərbaycan dövlətini təbrik etmək istəyirəm. Mən Azərbaycan Respublikasında fəaliyyət göstərdiyim zaman çox müxtəlif, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən qadınlarla tanış olmuşam. Onlar incəsənətdə, eyni zamanda hökumətdə, özəl sektorda və s. fəaliyyət göstərirlər. Lakin hələ də görüləsi işlər var. Həm Amerika Birləımiş Ştatlarında, həm Azərbaycanın özündə qadın haqlarının qorunması və inkişafı sahəsində çoxsaylı işlər var ki, onlarla məşğul olmalıyıq."

XS
SM
MD
LG