Accessibility links

Əfqanıstanda jurnalisti qətlə yetiriblər


Əfqanıstan rəsmiləri deyir ki, ölkənin cənubunda yolkənarı bomba partlayışı nəticəsində 7 nəfər həlak olub. Xost vilayətində baş verən parlayış barədə ətraflı məlumat verilməyib. Başqa bir zorakılıq faktında 1 ilə yaxın ABŞ hərbi həbsxanasında saxlanan əfqan jurnalist Qəndahar şəhərində odlu silahdan açılaş atəş nəticəsində həlak olub. Şahidlərin sözlərinə görə, Cavid Əhməd avtomobilin idarə edən zaman qeyri-müəyyən silahlılar onu qətlə yetirib. Qətlin məsuliyyətini hələlik heç kəs öz üzərinə götürməyib. Əhməd Kanadanın bəzi mətbuat orqanları üçün təşkilatçı və operator işləyirdi. O, 11 ay ABŞ-ın Kabil yaxınlığındakı Baqram həbsxanasında saxlandıqdan sonra keçən ilin sentyabrında sərbəst buraxılmışdı.
XS
SM
MD
LG