Accessibility links

Dünya bazarlarında indekslər yüksəlməyə başlayıb


ABŞ-ın maliyyə nəhəngi Citigroup-un 2009-cu ilin ilk iki ayı ərzində gəlir əldə etdiyinə dair xəbəri investorların böyük sevinci ilə qarşılanıb. Dünya bazarlarında indekslər yüksəlməyə başlayıb. Amerikada səhm dəyərləri son 12 ildə ən aşağı səviyyəsinə endikdən sonra ilk dəfə 7 faizə qalxıb. Lakin bütün bunlara baxmayaraq, Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Ştraus-Kan bu il dünya iqtisadiyyatının daha da kiçiləcəyini bildirib. Bəziləri isə bunu böyük tənəzzülə işarə kimi qimytələndirir. Amerikanın Federal Ehtiyatlar Mərkəzinin rəhbəri Ben Bernanke davamlı iqtisadi artımın hazırkı durumda qeyri-mümkün olduğunu deyib. O, bunun maliyyə qaydalarında əhatəli islahatlarla mümkün ola biləcəyini vurğulayıb. Bernankeninin bəyanatı ABŞ qanunvericilərinin maliyyə qaydalarını nəzərdən keçirdikləri vaxta təsadüf edir.

XS
SM
MD
LG