Accessibility links

Dəyirmi Masa: Azərbaycan-İran münasibətləri


Bu həftə Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Tehranda səfərdə olub. Səfər əsnasında cənab Əliyev İranın ali dövlət rəsmiləri ilə görüşmüş və bir sıra ikitərəfli sazişlərə imza atmışdır. Bir çox müşahidəçilərin fikrincə son illərdə İran-Azərbaycan əlaqələri bəzən müəyən çətinliklər və problemlərlə müşaiyət olunub. İki ölkə arasındakı münasibətləri təhlil etmək üçün bugünkü dəyirmi masa söhbətimizə Azərbaycanın İrandakı keçmiş səfiri, millət vəkili Nəsib Nəsibli və politoloq Qabil Hüseynlini dəvət etdik.

Cənab Nəsibli İranla Azərbaycan arasında bir sıra köklü problemlərin mövcud olduğunu önə çəkərək Azərbaycan prezidentinin səfərinin ciddi dəyişikliyə rəvac verməyəcəyini qeyd etdi. O, bildirdi ki, rəsmi Tehranın Azərbaycana qarşı sərgilədəyi mənfi münasibətə baxmayaraq, Əliyev hökuməti İranla bağlı uzun müddət mülayim siyasət yürüdüb. Millət vəkilinin fikrincə bu yönüm rəsmi Bakının Tehrandan çəkinməsindən, habelə xarici siyasətdə aydın seçim etməməsindən qaynaqlanır. Nəsibli bu xüsusda İranda yaşayan Azərbaycan Türklərinin hüquqlarının pozulduğunu qeyd etdi. Lakin, rəsmi Bakı BMT-də iranda etnik azlıqlara münasibət müzakirə edilərəkən İslam Respublikasının tərəfini saxladı.

Politoloq Qabil Hüseynli cənab Nəsibliinin İranda yaşayan Azərbaycanlılarla bağlı fikirlərini bölüşdü. O, qeyd etdi ki, regionun başqa dövlətlərində milli azlıqların hüquqları genişləndiyi halda İslam Respublikasında yaşayan Azərbaycan Türkləri fundamental milli mədəni hüquqlardan məhrumdurlar. Cənab Hüseynli rəsmi Bakının İranla bağlı daha aydın mövqe nümayiş etdirməsini arzuladı. İranın Trans-Xəzər layihələrinə qoşulması təşəbbüsünə gəldikdə, politoloq bunun enerji resurslarının Rusiyanın monopoliyasından çıxarılmasında əhəmiyyətini qeyd etdi. Cənab Hüseynli hesab etdiyini bildirdi ki, gələcəkdə İranda siyasi dəyişikliklər baş verəcək, və Tehran əvvəl-axır beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvünə çevriləcək.
XS
SM
MD
LG