Accessibility links

Hillari Klinton Çinin xarici işlər naziri ilə Tibet məsələsini müzakirə edib


ABŞ dövlət katibi Amerikanın Çinlə Tibet və insan hüquqları daxil edilməklə, bir sıra sahələrdə müzakirələr keçirdiyini bildirib.Hillari Klinton Tibet məsələsinin Çinin xarici işlər naziri Yang Jieçi ilə Vaşinqton görüşü zamanı qaldırdığını deyib. Dövlət katibi Tibetdə insan hüquqlarına riayət edilmədiyi, Çinin regionda dini və mədəni hüquqlara hörmət göstərmədiyi bildirilən bəyanatı dəstəklədiyini deyib. Bəyanat Tibetin Çin rejiminə qarşı qiyam cəhdinin 50-ci ildönümü ərəfəsində açıqlanıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü isə Vaşinqtonun tənqidlərini rədd edərək, ittihamları Çinin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Nazırlik Obama administrasiyasının faktları qarışdırdığını və ABŞ-Çin münasibətlərini təhlükəyə saldığını bildirir. ABŞ-ın Nümayəndələr Palatası bu həftə Çini Tibetdə repressiyalara son qoymağa çağıran qətnamə qəbul edib. İcrası məcburi olmayan bu sənəd 435 üzvlü palatanın 422 üzvünün dəstəyini əldə edib.


XS
SM
MD
LG