Accessibility links

ABŞ NATO üçün Əfqanıstana təchizatın İran vasitəsilə mümkün nəqlini nəzərdən keçirir



Nyu York Tayms qəzetinin yazdığına görə, ABŞ hərbiçiləri Əfqanıstana NATO üçün təchizatın İran vasitəsilə nəqli üzərində düşünürlər.Tays bildirir ki, İrandan mümkün nəqliyyat yolu ilə Amerika materialları deyil, İranla münasibətləri olan NATO müttəfiqlərinin təchizatının göndərilməsi nəzərdə tutulur. Qəzet Pentaqonun mətbuat katibi Ceof Morrelə istinadən xəbər verir ki, strateqlər mümkün hər bir varianta baxır, lakin siyasi reallıq deyil, texniki baxımdan əlverişli yolları nəzrədən keçirirlər.Nyu York Taymsın məlumatında deyilir ki, ABŞ Əfqanıstanda hərbi mövcudluğun artırılmasında yalnız bir variantla kifayətlənmək istəmir.
XS
SM
MD
LG