Accessibility links

İranda daha iki Azərbaycan mətbuat orqanının nəşri dayandırılıb


Qərbi Azərbaycan Əyalətinin mərkəzi, Urmiyə şəhərində Azəri Türkcəsi və Fars dillərində çıxan “Yağış” tələbə jurnalının nəşrinə qadağa qoyulub. Yerli mənbələrin bildirdiyinə görə, Urmiyə Özəl Universitetinin azərbaycanlı tələbələri tərəfindən dərc olunan “Yağış” jurnalının qapadılması haqda həmin universitetin Mədəniyyət Şurası qərar verib. İşıq üzü görməsinə imkan verilməyən jurnalın baş yazarı, Əmir Qəhrəmani bildirir ki, Urmiyə Universitetinin Mədəniyyət Şurası bu addımını “Pan Türkist” fəaliyyətlərin qarşısını almaq üçün atması ilə izah edib.
Baş yazarın bildirdiyinə görə, universitet nəşriyyatının qaydalarına əsasən, hər-hansı universitet və ya hökümət rəsmisi heç bir nəşrə qarşı senzura tətbiq etmək və ya dərc olunan yazılara görə qadağa qoymaq hüququna malik deyildir. Buna baxmayaraq, universitet rəhbərliyi "Yağış" jurnalının yazılarını incələdikdən sonra jurnalın dərcinə qadağa tətbiq edib.
İranın mərkəzində yerləşən Yəzd Universitetində ilk nömrəsi işıq üzü görən "İşıl Ay" jurnalının fəlaiyyəti də yasaqlanıb. Yayılan məlumatlara görə, azərbaycanlı tələbələrin köməyi və Vəhid Əsgərinin baş yazarlığı ilə bu jurnalın 2-cı sayının nəşri universitet müdirinin birbaşa əmri ilə dayandırılıb. Universitet rəhbərliyi qərarının səbəbləri ilə bağlı açıqlama verməkdən imtina edir.
Bundan öncə İranda Türk –Fars dillərində nəşr edilən "Qıpçaq", "Günəş", "Yarpaq", "Tələngər", "Çənli Bel", "Yaşıl Yol", "Ana Yurd", "Səhər", "Ulus", "Nəsim", "Araz", "Özlük", "Oyanış", "Səttarxan", "Kimlik", "Yoldaş", "Yağış", "Aydın Gələcək", "Açıq Söz", "Sayan", "Xələc" kimi bir sıra tələbə jurnal və dərgiləri qapadılıb.

XS
SM
MD
LG