Accessibility links

Politkovskayanın qətlilə əlaqədar çeçen rəsmisinə qarşı ittiham irəli sürülüb


Rusiya prokurorları jurnalist Anna Politkovskayanı qətlə yetirməkdə şübhəli bilinən şəxsə saxta pasport verdiyi üçün çeçen rəsmisinə qarşı ittiham irəli sürüblər. Rəsmilərin bildirdiyinə görə, Rusiyanın Çeçenistan respublikasında pasportların verilməsinə nəzarət edən Milana Mejiyeva Politkovskayanın qətlində şübhəli bilinən Rustam Mahmudovun qaçmasına imkan verib. Rusiya rəsmiləri Mejiyevaya qarşı saxta pasport vermək üçün rüşvət almaq və vəzifəsindən sui-istifadə etmək ittihamları irəli sürüblər. Onun pasporta görə 300 dollar məbləğində rüşvət aldığı deyilir. Rəsmilər bildiriblər ki, Mejiyeva 2007-ci ildə Mahmudova 2001-ci ildə ölmüş şəxsin adına pasport verib. Mahmudov 2007-ci ildə Poltkovskayanın qətlilə əlaqədar İnterpolun axtarışda olanlar siyahısında idi.

XS
SM
MD
LG