Accessibility links

Şimali Koreya sərhədləri bağlayır


Şimali Koreyanın Cənubi Koreya ilə sərhədləri artıq ikinci gündür ki, bağlaması yüzlərlə adamın Şimalda ilişib qalmasına səbəb olub. Pxenyan Cümə günü sərhəd nəqliyyatını dayandıraraq birgə Kaesonq sənaye kompleksində çalışan 400 adamın Cənuba qayıtmasının qarşısını alıb. Seulun birləşmə naziri deyir ki, 4 xarici vətəndaş və 1 gəlin daxil olmaqla cəmi 5 nəfərə sərhədi keçməyə icazə verilib. Bu həftənin əvvəlində ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlərinə etiraz əlaməti olaraq Pxenyan Seulla hərbi telefon təmaslarını kəsib. Şimali Koreya mütəmadi olaraq ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini aqressiv məramın göstəricisi kimi dəyərləndirir.
XS
SM
MD
LG