Accessibility links

Şri Lanka BMT-nin ittihamlarını rədd edir


Şri Lanka rəsmiləri hakimiyyətin son həftələrdə üsyançı Tamil pələnglərinə qarşı intensiv döyüşlərdə müharibə cinayətləri törətməsi barədə iddiaları rədd edir.

Şri Lankanın insan haqları naziri Mahinda Samarazinge BMT insan haqları rəhbərinin hər iki tərəfin yanvar ayındanə bəri 2800 adamın ölümünə səbəb olan vətəndaş müharibəsində məsuliyyət daşıması barədə ittihamını inkar edib.

BMT-nun insan haqları üzrə Ali Komissarı Navi Piley cümə günü deyib ki, Şri Lankanın hərbçiləri humanitar qaydaları gözləmədən, mühafizə zonasını atəşə tutublar.

Lakin Şri Lanka rəsmisi bu ittihamı da qəbul etmir.

XS
SM
MD
LG