Accessibility links

Dalay Lama Çinə şərtli dialoq təklif etdi


Tibetin sürgündə olan hökuməti rəsmi Pekinin Dalay Lamanın nümayəndəsi ilə müqavilə bağlayacağı barədə Çinin baş nazirinin bəyanatına ehtiyatlı nikbinliklə cavab verib.

Tibet hökümətinin sözçüsü Tubten Samfel Amerikanın səsinə deyib ki, Dalay Lama çinlilərlə dialoqa hazırdır, bir şərtlə ki, bu danışıqlar Tibet probleminin həllinə yönəlsin.

Cümə günü Çinin baş naziri Ven Jiabao demişdi ki, danışlıqlar Tibetin dini liderinin separatizmdən əl çəkəcəyi təqdirdə baş verəcək.

Tibet hökümətinin sözçüsü Samfel isə vurğulayıb ki, Dalay Lama və onun tərəfdarları Tibetin Çindən ayrılmasını istəmirlər.

Cənab Lama bildirib ki, o, Tibetin Çin sərhədləri daxilində muxariyyət qazanmasına çalışır.

XS
SM
MD
LG