Accessibility links

İrlandiya polisi Britaniya bazasına hücumu araşdırır


Şimali İrlandiya polisi ötən həftə Britaniya hərbi bazasına edilmiş hücumla əlaqəsi olan 4 nəfəri sorguya çəkib.

Polisin bildirdiyinə görə, bu şəxslər matrın 7-də hərbi bazada iki Britaniya əsgərinini ölümü və 4 nəfərin yaralanmasına səbəb olan hücumla əlaqədar dindirilirlər.

Şübhəlilərdən biri Kolin Dafi İrlandiya Respublika Ordusunun Lurqandan olan üzvüdür.

Dünən bu hadisə ilə əlaqədar şübhəlilərin saxlanmasından sonra İrland millətçiləri Belfastın cənub qərbindəki Lurqan şəhərində axtarış apaan polis işçilərinə qaz bombası atmışdı.

Rəsmilər hücum nəticəsində heç bir polisin xəsarət almadığını deyirlər.

XS
SM
MD
LG