Accessibility links

Kürdlər kimyəvi hücumun ildönümünü qeyd edir


İraq kürdləri bu gün sabiq prezident Səddam Hüseynin qüvvələrinin Hələbcə kəndinə kimyəvi silahlarla hücumunun 21-ci ildönümünü qeyd edirlər. İraqın şimali Kürdüstan regionu boyunca 1988-ci ildə öldürülümüş 5 min kişi, qadın və uşaqların xatirəsinə həsr olunmuş mərasimlər keçirilib. Bu qətliyam Səddamın anti-kürd Ənfəl kampaniyasının ən mənfur məqamlarındandır. Hücum nəticəsində həlak olanların dəhşətli şəkilləri o zaman bütün dünyanı şoka salmışdı. Hələbcədə çıxış edən Ətraf-Mühit naziri Nərmin Osman Amerikanın Səsinə bildirib ki, bu akta görə hökumət rəsmən üzr istəməlidir. O, qeyd edib ki, hücumlara rəhbərlik etmiş və "Kimyəvi Əli" ləğəbi ilə tanınan Həsən əl Məcidin məhkəməsi hələ də davam edir.
XS
SM
MD
LG