Accessibility links

Avropa Birliyi İsraillə münasibətlərın iki dövlət prinsipini qəbul etməsinə əsaslanacağını bildirib


Avropa Birliyi İsraillə münasibətlərın Tel-Əvivin İsrail-Fələstin münaqişəsində iki dövlət prinsipini qəbul etməsinə əsaslanacağını bildirib. Avropa Birliyinin xarici məsələlər üzrə başçısı Haviyer Solana bu gün İsrailə baş nazir seçilmiş Benyamin Netanyahunu qonşu Fələstin dövlətini tam müstəqilliklə təmin edə biləcək bir hökumət qurmağa çağırıb. Netanyahunun başçılıq etdiyi Likud partiyası fələstinliləri torpaqla təmin etməkdən imtina edən partiyanı, ultra-sağçı Yisrael Beytenu partiyasını özünə koalisiya tərəfdaşı seçib. İsrail mediasının məlumatına əsasən Yisrael Beytenu xarici işlər, daxili təhlükəsizlik, infrastruktur, turizm və yeni immiqrantların inteqrasiyası ilə məşğul olan nazirliklərə nəzarət edəcək.

XS
SM
MD
LG