Accessibility links

ABŞ prezidenti Kaliforniyaya iki günlük səfərini başa vurur


ABŞ prezidenti Barak Obama Kaliforniyaya iki günlük səfərini başa vurur. Kaliforniyanın iqtisadi tənəzzülün böyük təsirinə məruz qalan Kosta Mesa şəhərində 1300 tərəfdarı qarşısında çıxış edən prezident iqtisadi siyasətinə dəstək əldə edilməsi səylərini davam etdirib. Prezident ona miras qalan maliyyə sektorundakı qarışıqlığın aradan qaldırılması kimi bir məsuliyyət daşıdığını deyib.

Barak Obama Amerikanın Beynəlxalq Sığorta Qrupunun icraçı direktorlara yüksək məbləğli imtiyazlar ödəməsinin qəzəbə yol açdını bildirib. Sıgorta nəhəngi AİG federeal büdcədən milyardlarla dolar təzminat alıb. ABŞ dövlət başçısı deyib ki, məqsəd bu kimi hallara yol verilməməsidir. Auditoriyanın prezidentə ünvanladığı suallar bu qrup ətrafındakı mübahislər deyil, daha çox iqtisadi dirçəlişin yolları barədə olub.

XS
SM
MD
LG