Accessibility links

Obama administrasiyası Əfqanıstana dair yeni strategiyasını müzakirə edir


Birləşmiş Ştatlar mediası Obama administrasiyasının Əfqanıstana dair yeni strategiyasını müzakirə edir. Yeni strategiyada regionda hərbi qüvvələrin və mülki ekspertlərin artırılması nəzərdə tutulur. New York Times qəzetinin yazdığına görə, prezident Obama və onun məsləhətçiləri Əfqanıstanda təhlükəsizlik qüvvələrinin sayını 400 000-ə çatdırmaq və ölkədəki milli polisi çoxaltmağı planlaşdırırlar. Birləşmiş Ştatların yeni strategiyası Əfqanıstanda yenidənqurma işləri və inkişaf üçün bu ölkəyə çox sayda diplomatın da göndərilməsinii də nəzərdə tutur. Hal-hazırda ABŞ-ın Əfqanıstanda 38000 əsgəri qulluq edir və 17000 hərbçinin də bu sıraya əlavə olunacağı nəzərdə tutulur.

XS
SM
MD
LG