Accessibility links

Ərəb Liqasının baş katibi İraqın şimalındakı kürd regionundadır


Ərəb Liqasının baş katibi Amr Musa son 4 ildə İraqa etdiyi ilk səfəri çərçivəsində ölkənin şimalındakı kürd regionundadır. Cənab Musa bu gün İraq prezidenti Cəlal Talabani ilə onun doğma şəhəri Süleymaniyyədə görüşüb. Görüşdə Kürdüstanın baş katibi Neçirvan Barzaninin də iştirak etdiyi bildirilir. Ərəb Liqasının baş katibi bundan əvvəl İraqın müqəddəs Nəcəf şəhərində şiələrin dini rəhbəri Ayətulla Əli Əl-Sistani ilə görüşmüşdü. Çərəşənbə günü isə İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşündən sonra cənab Musa İraqın gələcəyini çiçəklənən gördüyünü deyib. O, İraqdakı sünnilərlə şiələr arasında stabilliyin bərpası da daxil edilməklə, hökumətdəki siyasətçiləri barışığa çağırıb.

XS
SM
MD
LG